• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
26/04/2024

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti - - - Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Vətəndaşlar 146 – 0 – 10 nömrəsi ilə əlaqə yaratmaqla Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #ÇağrıMərkəzi

Ətraflı
26/04/2024

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin “Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsi çərçivəsində V-IX sinif şagirdləri üçün dinləmə, danışıq, oxu və yazı dərsləri keçilib.

Ətraflı
26/04/2024

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb. Özü qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) zəruri köməklik göstəriləcək. Eyni zamanda valideynlər “ASAN xidmət” mərkəzlərində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər. Valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər. Qeydiyyatla bağlı suallar yaranarsa, MÜTDA-nın 146 – 2 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. #ElmVəTəhsilNazirliyi #MÜTDA #BirinciSinfəqəbul

Ətraflı