21 Aprel 2014

Xəbərlər

19.04.2014

Aprelin 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib.
Ətraflı
18.04.2014

Aprelin 18-də Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılış mərasimi keçirilib.

Nəzərə çatdırılıb ki, məktəbin biologiya kabineti xüsusi laboratoriya cihazları və kompüter avadanlıqları ilə təchiz olunub.
Ətraflı
16.04.2014

Aprelin 16-da Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə verilmiş avtobusların və ümumtəhsil məktəblərində müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş əmək kabinetlərinin təqdimat mərasimləri keçirilib.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Ətraflı
15.04.2014

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarovun çıxışı

- Hörmətli cənab Prezident! Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınmışdır. Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olmuşdur.
Ətraflı
15.04.2014

İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşların nəzərinə!

21 aprel 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Ətraflı
11.04.2014

Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə Təhsil Nazirliyinin açıqlaması

Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Ətraflı